Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək.
FED.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək:
"27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək" - deyə G.Məmmədova qeyd edib.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enib.