Bəzi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 20-si səhərdən tədricən kəsiləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, ölkə ərazisində bu gün gündüz və oktyabrın 21-22-də hava şəraiti mülayim, sabit keçəcək.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.