Səhər saatlarından ölkə ərazisində qarlı hava şəraiti müşahidə olunur.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, paytaxt Bakının bəzi ərazilərində qar yerə oturub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, kəskin hava şəraiti günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gündüz 1-3° isti olacaq.
Azərbaycanın rayonlarında da yağıntı axşama doğru tədricən kəsiləcək. Havanın temperaturu gündüz 3-8° isti, dağlarda gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gündüz 0-5° şaxta olacaq.