“Mayın birinci ongünlüyünün sonuna kimi ölkə ərazisində yağıntılar davam edəcək”.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün paytaxtda ərzində yağış yağacaq: “Axşam yağıntının kəsəcəyi gözlənilir”.
O qeyd edib ki, mayın 10-da gün ərzində paytaxtda yağmursuz hava şəraiti davam edəcək, mülayim cənub küləyi əsəcək. (Oxu.az)