Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraiti dekabrın 5-i səhərədək davam edəcək.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.










