Bu gün Bakı və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi, yağmurlu hava şəraiti müşahidə olunur. Axşama saatlarında da yağışın intensivliyi davam edəcək, gecəyə doğru tədricən kəsiləcək.
Bunu FED.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O, sabah müşahidə ediləcək hava şəraiti haqqında da məlumat verib:
“Sabah mayın 5-də gün ərzində yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gündüz saatlarında qısa müddətli az yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 13-16 dərəcə isti olacaq.
Bölgələrdə və əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gündüz saatlarında 15-19, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti olacaq”.