Yanvarın 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.
Bu barədə FED.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sulu qar, qar yağır
Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv xarakterlidir.
Qarın hündürlüyü
Yağan qarın hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, Kəlbəcərdə 32, Sarıbaşda (Qax) 30, Laçın və Qubadlıda 23, Yardımlıda 20, Kişçayda (Şəki) 19, Xızıda 18, Xaltanda 16, Qrızda 15, Şuşada 13, Şamaxı, Qobustan və Lazada (Qusar) 12, Xınalıqda 10, Xankəndidə 9, Şahdağda 7, Qubada 6, İsmayıllı, Xocalıda 5, Ceyrançöl və Sədərəkdə 4, Füzulidə 3, Qəbələ və Gədəbəydə 1 sm-dir.
Düşən yağıntının miqdarı
Düşən yağıntının miqdarı Cəlilabadda 38, Astarada 37, Lənkəranda 32, Neftçala və Cəbrayılda 16, Beyləqan və Yevlaxda 14, Mingəçevirdə 13, Ağdam və Tərtərdə 12, İmişli və Zərdabda 10, Xaçmaz və Balakəndə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamananda Bərdədə 8, Oğuz və Naftalanda 7, Kürdəmir, Biləsuvar və Şərurda 6, Ağstafa, Şabran, Sabirabad və Gəncədə 5, Şəmkirdə 4, Goranboy, Tovuz və Göyçayda 3, Şəmkir və Şirvanda 2, Daşkəsən və Naxçıvanda 1 mm-dir.
Küləyin maksimal sürəti
Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənir.
Görünüş məsafəsi
Şərur, Gəncə, Zaqatala, Qax, Şamaxı, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Minimal temperatur
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.









