Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.














