Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti oktyabrın 23-ü səhərədək davam edəcək. 23-ü gündüz, 24-də hava şəraiti sabit, gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Bu barədə FED.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.