Avqustun 23-ü səhərədək bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub, yüksək dağlıq ərazilərdə, Xınalıqda sulu qar, Şahdağda qar yağıb.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva FED.az-a bildirib ki, düşən yağışın miqdarı Şinçayda (Şəki) 108, Qəbələdə 87 (aylıq normanın 125 faizi), Kişçayda (Şəki) 77 (aylıq normanın 138 faizi), Qaxbaşda (Qax) 72, Şəkidə 69 millimetr (aylıq normanın 123 faizi), Oğuzda 63 (aylıq normanın 109 faizi), Sarıbaşda (Qax) 61 (aylıq normanın 52 faizi), Balakəndə 52 (aylıq normanın 70 faizi), İsmayıllıda 49 (aylıq normanın 49 faizi), Başdaşağılda (Şəki) 38, Astarada 35 (aylıq normanın 42 faizi), Göygöldə 30 (aylıq normanın 57 faizi), Zaqatalada 29 (aylıq normanın 39 faizi), Xaltanda 29 (aylıq normanın 54 faizi), Qrızda 28 (aylıq normanın 52 faizi),
Daşkəsəndə 25 (aylıq normanın 59 faizi), Şamaxıda 24 (aylıq normanın 95 faizi), Çeyrançöldə 22 (aylıq normanın 89 faizi), Qudyalçayda (Qrız) 21 (aylıq normanın 39 faizi), Gədəbəydə 20 (aylıq normanın 37 faizi), Naftalanda 20, Bərdədə 19 (aylıq normanın 91 faizi), Gəncədə 18 (aylıq normanın 95 faizi), Tərtərdə 17 (aylıq normanın 81 faizi), Mərəzədə17 (aylıq normanın 98 faizi), Yardımlıda 17 (aylıq normanın 40 faizi), Mingəçevirdə 16 (aylıq normanın 77 faizi), Sabirabadda 15 (aylıq normanın 177 faizi), Altıağacda 15 (aylıq normanın 57 faizi), Ağdamda 14 (aylıq normanın 54 faizi), Ağstafada 12 (aylıq normanın 49 faizi), Şəmkirdə 12 (aylıq normanın 45 faizi), Biləsuvarda 12 (aylıq normanın 118 faizi),
Göyçayda 11 (aylıq normanın 49 faizi), Lerikdə 11, Cəfərxanda 11 (aylıq normanın 121 faizi), Beyləqanda 10 (aylıq normanın 77 faizi), Şərurda 9 (aylıq normanın 145 faizi), Qubada 8 (aylıq normanın 24 faizi), Tovuzda 7 (aylıq normanın 29 faizi), Zərdabda 7 (aylıq normanın 47 faizi), Qusarda 7, İmişlidə 7 (aylıq normanın 80 faizi), Kürdəmirdə 6 (aylıq normanın 40 faizi), Şabranda 3, Neftçalada 2 (aylıq normanın 32 faizi), Ordubadda 2 (aylıq normanın 32 faizi), Sədərəkdə (aylıq normanın 32 faizi), Ağdərə (Ordubad), Salyanda 2, Şahbuz, Naxçıvanda 1 millimetr olub.
Bakıda və Abşeron yarımadasına gəlincə, Bakıda 10 (aylıq normanın 164 faizi), Maştağada 7, Sumqayıtda 4 millimetr (aylıq normanın 52 faizi) yağıntı düşüb. Yağan leysan xarakterli intensiv və güclü yağış nəticəsində Balakənçay, Talaçay Zaqatala, Əyriçay Başdaşağıl, Kürmükçay İlisu, Gorançay-Ağcakənd, Dəmiraparançay Qəbələ məntəqələrindən və Kişçaydan sel keçib.
“Qar örtüyünün hündürlüyü Şahdağda 5 santimetr olub. Şimal-qərb küləyi arabir Neftçalada 32, Salyanda 25, Naftalanda 20, Bərdə, Naxçıvan, Şamaxı, Zaqatala, Qəbələdə 18, Mingəçevir, Şabranda 16, Bakıda 31, Çilov adasında 26, Maştağa, Qum adasında 25, Binə, Pirallahıda 23, Neft Daşlarında 22, Sumqayıtda 19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,6 metrə çatıb. Havanın temperaturu Bakıda iqlim normasından 1,7° aşağı olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-28°, Aran rayonlarında 28-33°, dağlıq rayonlarda 13-16°, Naxçıvan Muxtar Respublikasında 29-33° isti olub”, - deyə U.Tağıyeva bildirib.