Xəzər dənizindəki "Qarabağ" sahəsində (150–200 metr su dərinliklərində) bir sıra qiymətli və nadir balıq növləri aşkarlanıb.
Su hövzələrində balıqlar kəskin azalıb: Tədqiqat aparılmır, vahid strategiya yoxdur - ARAŞDIRMA
FED.az xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin nümayəndəsi Ülviyyə Seyidməmmədova "Qarabağ" layihəsi çərçivəsində seysmik tədqiqat proqramına dair Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin müzakirəsi məqsədilə keçirilən onlayn görüş zamanı bildirib.
Onun sözlərinə görə, aparılan tədqiqatlar nəticəsində iki növ kilkə - ançousa-bənzər kilkə və irigöz kilkə qeydə alınıb:
"Bu növlər apreldən avqusta qədər blok ərazisindən keçərək Xəzərin orta və cənub hissəsində kürütökmə dövrünü keçirir. Hər iki növ Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) qırmızı siyahısında nəsli kəsilməkdə olan kateqoriyasına daxildir".
Ü. Seyidməmmədova əlavə edib ki, tədqiqatlar zamanı kefalın bir növü - sivriburun boz kefal da müəyyən edilib:
"Bu növ iyun-iyul aylarında "Qarabağ" blokundan keçərək Xəzərin orta və cənub hissəsində kürüləyir".
Ü. Seyidməmmədova əlabə edib ki, dərin dəniz bentik xulu balığının dörd növü - "Benthophilus leptocephalus", "Benthophilus leptorhynchus", "Anatirostrum profundorum" və "Knipowitschia iljini" də bölgədə aşkar olunub:
"Onların hamısının Xəzər dənizinə endemik olduğu və əsasən qışlama dövründə "Qarabağ" sahəsində mövcuddur".
BP nümayəndəsi həmçinin əlavə edib ki, nərə və siyənək kimi digər balıq növləri əsasən sahilyanı ərazilərdə yayılıb. (Report)












