"Ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi ilə əlaqədar hava şəraiti dəyişib, respublikanın bir sıra rayonlarında yağış müşahidə olunur. Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində yağış leysan xarakterli və intensiv olub. Nəticədə bəzi çaylarda daşqın və sel müşahidə edilib".
Eləcə də bax: Bazar gününün - HAVA PROQNOZU
FED.az xəbər verir ki, bunu Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Eyni zamanda bu proses küləkli hava şəraiti ilə səciyyələnir. Xüsusən də Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 28 km/saniyəyə çatıb, Nəticədə Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib.
"apa"