Balıq populyasiyasının bərpasına və su bioresurslarının qorunmasına dəstək məqsədilə Xəzər dənizinin Qaradağ rayonu, Sahil qəsəbəsi akvatoriyasına növbəti dəfə balıq körpələri buraxılıb.
FED.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, balıq körpələrinin buraxılışı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib:
"Tədbirdə Xəzərin Qaradağ rayonu akvatoriyasına 30 min ədəd Xəzər qızılbalığı körpəsi buraxılıb".