Qazaxıstan sahillərində Xəzər dənizinin səviyyəsi son illərin ən aşağı həddinə düşüb.
Hacıqabul gölü quruyub - VİDEO
FED.az xəbər verir ki, 2025-ci ilin sentyabr ayına olan məlumata görə, Qazaxıstan sahillərində Xəzər dənizində orta dəniz səviyyəsi mənfi 29,31 metr olub. Son 18 ildə isə onun səth sahəsi 36 000 kvadrat kilometr azalıb.
Kazhidrometin verdiyi məlumatlara görə, bu ilin sentyabr ayında Qazaxıstanın monitorinq stansiyalarının yerləşdiyi şimal-şərq hissəsində dənizin orta səviyyəsi mənfi 29,15 metr, şərq hissəsində isə mənfi 29,46 metr olub.
Qazaxıstan üzrə orta dəniz səviyyəsi mənfi 29,31 metrdir. Keçən illə müqayisədə Xəzər dənizinin səviyyəsi azalıb: şimal-şərq hissəsində 20 santimetr, şərq hissəsində isə 17 santimetr.
Səviyyənin aşağı düşməsi səbəbindən dənizin su səthinin sahəsi azalıb. Şimal-şərq hissəsində dayazlaşma müşahidə olunur. Rusiya Dövlət Okeanoqrafiya İnstitutunun məlumatına görə, dəniz səthinin sahəsi 2006-cı ildən 2024-cü ilə qədər 36 600 kvadrat kilometr azalıb.
Belə ki, Xəzər dənizinin sahəsi 2006-cı ildə 392 300 kvadrat kilometr olduğu halda, 2024-cü ildə 355 700 kvadrat kilometrə düşüb. Nəticədə Xəzər dənizinin şimal-şərq hissəsi sürətlə dayazlaşır. Qazaxıstan daxilində sahil xətti bəzi yerlərdə 30-35 kilometr geri çəkilib.
Ümumilikdə 2001-ci ildən bəri Xəzər dənizinin şimal-şəərq sahillərində sahil xətti 56 kiloimetrədək geri çəkilib. Əvvəllər dənizə aid olan ərazilər quruyu çevrilib, bitki və heyvanlar yaşayan ərazilər məhv olub. 2002-2015-ci ildən bəri dənizin orta səviyyəsi 0,26 santimetr azalmaqdadır. 2020-ci ildən sonra isə Xəzərin səviyyəsi şər il 30 santimetr azalır.
Ən həssas bölgələr Xəzər dənizinin şimal-şərq hissəsi, Ural çayının deltası və Manqistau bölgəsinin sahili hesab olunur.












