Türkiyənin bir neçə bölgəsində davam edən şiddətli şaxtalar şərqi Anadolunun sakinlərinə mənfi təsir göstərir.
FED.az biznes və maliyyə portalı xəbər verir ki, yanvarın 4-nə keçən gecə Gürcüstanla həmsərhəd olan Ərdəhan əyalətində temperatur qeyri-adi aşağı səviyyələrə düşüb.
Ərdəhan şəhərinin özündə temperatur -24,8 dərəcə Selsi olub. Göle rayonunda isə meteoroloqlar -36 dərəcə Selsi qeydə alıblar ki, bu da ölkədə ən aşağı temperatur göstəricisidir.
Ondan bir gün öncə Anadolunun eyni bölgəsində temperatur -40 dərəcə Selsiyə yaxınlaşıb.
Şiddətli şaxtalar son günlərdə şərqi Anadolunun hər yerində davam edir, bu da bəzi əyalətlərdə hakimiyyəti təhsil prosesini dayandırmağa və sakinləri yalnız zəruri hallarda çölə çıxmağa çağırmağa vadar edib.










