Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, yanvarın 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
FED.az-ın məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
“Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.
G.Məmmədovanın sözlərinə görə, Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var.
“Qərb küləyi 15-20 metr/saniyə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.