Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
FED.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-14° isti olacaq.