Banner

Ekologiya

Temperatur 28 dərəcəyə qalxacaq - HAVA PROQNOZU

Temperatur 28 dərəcəyə qalxacaq - HAVA PROQNOZU | FED.az
12:34 12 May 2021

Azərbaycanda mayın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14°, gündüz 20-25° isti, Bakıda gecə 12-14°, gündüz 23-25°isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 23-28° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Banner

Digər xəbərlər