Bir neçə gündür ki, Azərbaycan ərazisində yağmurlu, soyuq hava şəraiti müşahidə olunur. Atrıq may ayının başlamasına bir neçə gün qaldığını nəzərə alsaq, insanlarda havanın nə vaxt isinəcəyi ilə bağlı suallar yaranır.
Bu cür hava şəraiti nə vaxtadək davam edəcək? Neçə gündən sonra havaların isinməsini müşahidə edəcəyik?
FED.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışşan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, soyuq havalar hələ bir neçə gün də davam edəcək:
“Bir neçə gündür ki, ölkə ərazsində yağıntılı, qeyri-sabit hava şəraiti müşahidə olunur. Bu cür hava şəraiti aprelin 24-ü və 25-i də davam edəcək. Bəzi dağlıq rayonlarda qar yağır və qar hündürlüyü əmələ gəlib”.
Nazirlik rəsmisi deyir ki, aprelin 26-dan sonra bəzi bölgələrdə yağmursuz hava şəraiti gözlənilir:
“Artıq aprelin 26-dan etibarən əksər rayonlarda yağmursuz hava şəraiti müşayiət olunacaq. Hələ ki dəqiq məlumat aprelin 26-na qədərdir. Bu tarixdən sonra havaların isinməsi ilə bağlı məlumat isə hələ ki yoxdur”.