“Ərəbləri Azərbaycana gətirən şirkətlərə fərdi olaraq baxmaq lazımdır. Çünki ərəbləri gətirərkən onlara müəyyən vədlər verirlər. Lakin bu vədlər sonradan öz əksini tapmır və nəticədə ETSN zərərçəkmiş qurum olur”.
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyası sədri Ramin Zamanov bildirib.
O qeyd edib ki, hər ov edənin yanına bir əməkdaş qoyula bilməz, ona görə də onların fəaliyyətinə nəzarət bir qədər çətindir:
“Əcnəbi ovçular qanunları pozursa, onların fəaliyyəti dayandırılır və ölkəyə vurduqları ziyan hesablanır. Ziyan həddən artıq böyükdürsə, onların barəsində ciddi ölçü götürülür və ölkədən çıxarılır. Bizim Assosiasiya Azərbaycanda ov edən əcnəbiləri 3 kateqoriyaya bölür: yaşıl kateqoriyada olanlar, sarı xətdə olanlar və qırmızı xətdə olanlar”.
R.Zamanov əlavə edib ki, Assosiasiya ona görə təsis edilib ki, həm bu ovçuların fəaliyyətinin data bazası toplanılsın, ölkəyə nə qədər fayda verdiyi öyrənilsin və bu işə dəstək olunsun.