Azərbaycanda 859 çay mövcuddur ki, kənd təsərrüfatında onların imkanlarından tam yararlanmaq mümkün deyil. Bu çaylar əkin mövsümündə quruyur. Bu səbəbdən 859 çayın 15 faizindən istifadə etmək mümkündür.
Azərbaycanın yerüstü və yeraltı su ehtiyatlarının həcmi - AÇIQLANIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev Bakı Su Həftəsi Beynəlxalq Konfransında ("Baku Water Week Conference") bildirib.
Sədr müavini bildirib ki, ölkəmizdə 5 kubmetr tutumu olan 135 su anbarı mövcuddur.
“Formalaşan su anbarları Mingəçevir, Şəmkirçay və Arazdır. Son dövrlərdə quraqlığın artmasına baxmayaraq su anbarlarında 3,5 milyard kubmetr artıq su toplanıb”, - deyə sədr müavini vurğulayıb.
Zakir Quliyev əlavə edib ki, toplanan su ehtiyatı aqrar sahə və fermerlərin təsərrüfatının inkişaf etdirilməsinə yönəldilib. (Azərtac)