Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.
ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.