Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.
“FED.az” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 6 sm olub.
Düşən yağıntının miqdarı Qaxda 13 mm, Zaqatalada 10 mm, Balakəndə 9 mm, Zərdabda 7 mm, Göyçay, Şəkidə 6 mm, Yevlax, Tovuz, İmişli, Mingəçevir, Sədərək, Kürdəmir, Göygöl, Daşkəsən, Sabirabad, Lənkəran, Astara, Oğuz, Qəbələ, Gəncə, Gədəbəy, Şahdağ, Biləsuvar, Yardımlı, Göytəpə, Qobustan, Qusar, Xaltan, Bərdə, Tərtər, Şəmkir, Ağstafa, İsmayıllı, Şamaxı, Ceyrançöl, Ağdam, Naxçıvan, Şərur, Ordubadda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Daşkəsən, Gədəbəy, Ağdam, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Qəbələ, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Sabirabad, Biləsuvar, Tərtər, Göyçay, Cəfərxan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 1-5, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta olub.