Banner

Ekologiya

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb | FED.az
14:07 29 Yan 2019

Yanvarın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 30-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Digər xəbərlər

Banner