Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.