Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-dən FED.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25 isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.