Ekologiya

Sabaha olan hava proqnozu - AÇIQLANIB

Sabaha olan hava proqnozu - AÇIQLANIB | FED.az
14:38 17 Avq 2020

18 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-21,  gündüz 26-28, Bakıda  gecə 19-21, gündüz  26-28 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək,  nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.   

Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə  24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-21, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz  13-17 dərəcə  isti olacaq.

Digər xəbərlər