Banner

Ekologiya

Sabaha olan hava proqnozu - AÇIQLANDI

Sabaha olan hava proqnozu - AÇIQLANDI | FED.az
13:01 2 Aprel 2020

Aprelin 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a bildirilib ki, səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  12-15° isti, Bakıda  gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.  

Nisbi rütubətgecə 75-85  %, gündüz 50-55 % olacaq.  

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq. Qərb  küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək, gündüz şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək  isti, gündüz 5-10° olacaq. 

 

Digər xəbərlər

Banner