Ölkə ərazisində noyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
FED.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13°, gündüz 14-17° isti, Bakıda gecə 11-13°, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var.
Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11°, gündüz 15-19° isti, dağlarda gecə 0-4°, gündüz 6-11° isti olacağı gözlənilir.