"Sabah (mayın 28-də) Bakıda və Abşeron yarımadasında havanın temperaturu 31 dərəcəyədək artacaq".
FED.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraiti mülayimləşəcək, yağıntı və güclü külək gözlənilmir.
Aran rayonlarında temperatur 35 dərəcəyədək yüksələcək.
Digər rayonlara gəldikdə, nazir müavini deyib ki, qeyri-sabitlik müşahidə olunacaq, xüsusən də bu, dağlıq və dağətəyi ərazilərə aiddir
"Ümumiyyətlə mayın ayının son günlərində lokal yağışlar olacaq".