Bakı şəhərində tullantı sularının 60%-ni təmizləmək mümkündür, yerdə qalan hissəsi ətraf mühitə və ya Xəzər dənizinə axıdılır.
Nazir müavini: “Azərbaycan yaxın 10 ildə içməli su ilə bağlı sıxıntı yaşamayacaq”
FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
Onun sözlərinə görə, ötən il ərzində yüzlərlə akt bağlanıb, sanksiyalar tətbiq olunub.
“Polietilen torbalardan istifadənin məhdudlaşdırılması ilə bağlı qərar iki il əvvəl quüvvəyə minməli idi. Lakin İqtisadiyyat Nazirliyində və Ekologiya və Təbii Sərvətlər Nazirliyində supermarketlərin rəhbərləri ilə görüşlər keçirildikdən sonra bu il, bu, mümkün oldu”, - deyə Rasim Səttarzadə əlavə edib. (Apa)