Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA" marketlər şəbəkəsi Qarabağ Dirçəliş Fonduna 100 ağac ianə edib.
FED.az xəbər verir ki, Fonda ianə edilən ağaclar işğaldan azad olunan ərazilərin dirçəlişi, Qarabağda təbiətin yaşıllaşdırılması üçün istifadə ediləcək.
Ağaclar payız aylarında Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı və "OBA" marketlər şəbəkəsi əməkdaşlarının iştirakı ilə əkiləcək. Qarabağın yaşıllaşdırılmasına, 30 il ərzində məhv olan təbiətimizin bərpasına dəstək olmaq hər birimizin mənəvi borcudur. Bu prosesin iştirakçısına çevrilmək qürurvericidir.
2016-cı ildən etibarən fəaliyyət göstərən "OBA" marketlər şəbəkəsi hazırda Azərbaycanın dörd bir yanında, 6000-dən çox əməkdaşı ilə müştərilərə xidmət göstərir. Şəbəkənin yaradılmasında əsas hədəf gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir.
Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur (www.veyseloglu.az). Şirkətlər Qrupunun fəlsəfəsi ölkə iqtisadiyyatı və əhali üçün dəyər yaratmaqla qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığına nail olmaqdır.