"Nardaranda daş karxanasının fəaliyyəti dayandırılacaq”.
FED.az xəbər verir ki, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib. O bildirib ki, zaman baxımından bunun 1 ay, yoxsa bir neçə gündən sonra dayandırılacağını demək mümkün deyil:
“Əgər insan yaşayırsa, fəaliyyət göstərirsə, o bir işlə məşğul olmalıdır. Daş karxanasında irəli sürə biləcəyimiz tələblər mütərəqqi texnologiyadan, avadanlıqlardan istifadə etməklə tozun qarşısını almaq, minumum tullantı həddinə çatmaq üçün texnologiyalardan istifadə etməkdir. Nardaran daş karxanası bu gün də sənaye zonası kimi sahibkarlar tərəfindən istismar olunur. Düşünürəm ki, mövcud olan ehtiyatlar tükənmək üzrədir, eyni zamanda ətraf ərazilərdə yaşayış massivləri getdikcə çoxalır. Şəhərsalma, şəhərin baş planı baxımından müvafiq qurumlar bunları nəzərə alırlar və alacaqlar. Həm daş istehsal edənlər, həm də ərazidə yaşayanlar bir-birini başa düşəcəklər”. (Apa)