Bakıya yağan güclü yağış bir sıra ərazilərdə subasmalara səbəb olub.
Ötən il adamların boğulub öldüyü keçidi - YENƏ SU BASDI - VİDEO
FED.az xəbər verir ki, paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Binə” Ticarət Mərkəzini də su basıb.
Nəticədə sahibkarlara xeyli ziyan dəyib.
Xatırladaq ki, iki gündür ölkə ərazisində hava şəraiti qeyri-sabit keçir.
Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağan yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.











