Azərbaycan ərazisindədir quraqlıq analiz olunub. Azərbaycan ərazisinin 15%-dən çoxu quraqlıq təhlükəsi altındadır.
"Azərkosmos": Azərbaycan ərazisinin 15 %-i çox yüksək quraqlıq riski altındadır
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nümayəndəsi Murad Camalov bildirib.
O bildirib ki, bu quraqlaşma əsasən Kür-Araz ovalığında səhralıq ərazilərdə gözə çarpır.
İqlim dəyişikliyində və yaxud bu proseslərin izlənməsinfə niyə peyk təsvirləri istifadə olunur. Çünki bu çox dinamik bir prosesdir və sərhəd tanımır. Böyük ərazini əhatə etmək üçün kosmik peyklərdən istifadə olunur. İqlim hesabatı 5 yerə bölünür : kriosfer dağlarda olan dəyişiliklər, hidrosfer - çayların və su mənbələri analizi, litosfer - səhra quraqlıq məsələsi, biosfer - yaşayış sahələrinı toxunur və atmosfer - hava da baş verən dəyişikliklər.
"Dünya Bankının hesabatına görə 2040-cı ilə qədər şiddətli quraqlıq riskinə görə Azərbaycan 18-ci yerdədir. İqlim modelləri 2020-2040-cı illər arasında temperaturun 0.5-2.5 dərəcə yüksələcəyini və yağıntıların azalacağını proqnozlaşdırır. İqlim dəyişikliyi üzrə kosmik sahənin fəaliyyəti peyk görüntüləri vasitəsilə analizə imkan yaradır" deyə Murad Camalov vurğulayıb.