Fevralın 16-sı səhər saatlarından başlayaraq Quba və Qusar rayonlarının dağlıq ərazilərinə əvvəlcə sulu qar, daha sonra isə qar yağmağa başlayıb.
FED.az xəbər verir ki, hazırda Qubanın Xınalıq kəndində 4, Xaltanda 2 santimetrə qədər qar var.
Quba və Qusarın rayon mərkəzlərinə isə sulu qar yağır.
Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib. (Azərtac)