Noyabrın 21-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
FED.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bölgə müxbirinə bildiriblər ki, ən çox qar Xızıya yağıb. Rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə çatır.
Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 7-8 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.
Azərtac