Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yağıntılar aprelin 02-si gündüz qərb rayonlarından başlayaraq kəsilib, 03-də isə səhərədək şərq rayonlarında davam edib, dağlıq rayonlarda qar yağıb.
Bu barədə FED.az-a nazirlikdən məlumat verilib.
Qar örtüyünün hündürlüyü: Qrızda 20 sm, Lerikdə 4 sm olub.
Son sutka ərzində düşən yağıntının miqdarı: Göygöl, Sabirabad, Qrızda 4.0 mm, Şahdağ, Xaltanda 3.0 mm, Yardımlı, Lerik, Qobustan, Ağsu, Balakən, Zaqatala, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Şabran, Göyçay, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Göytəpədə 2.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 15.0 mm (aylıq normanın 61 %-i), Binədə 14.0 mm (aylıq normanın 61 %-i), Pirallahıda 6.0 mm, Neft Daşlarında 3.0 mm, Bakıda 2.0 mm, Çilov adası, Ələtdə 1.0 mm-dək olub.
Külək: Qərb küləyi arabir Şahdağ, Daşkəsəndə 20 m/s, Qrız, Altıağacda 16 m/s, Göygöldə 15 m/s-dək güclənib.
Duman: Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Biləsuvar, Bərdə, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-800 metrədək məhdudlaşıb.
Havanın temperaturu: aprelin 02-də Bakıda iqlim normasından 2.2° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 0-5° isti, dağlıq rayonlarda 6°-dək şaxta, aran rayonlarında 4-7°isti olub.