Bakıda restoran sahibi cərimələnib.
Eləcə də bax: Bu şadlıq saraylarının sahibləri - CƏZALANDIRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Oxu.az-a istinadən xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən “Qızıl balıq” restoranının sahibi Rəhim Şiriyev barəsində İnzibati Cəzalar Məcəlləsinin 233-cü (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) və 237-ci (Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddələri ilə protokol tərtib olunub.
Onu bir neçə min manatlıq cərimə cəzası gözləyir.