Ölkə ərazisində müşahidə olunan, qeyri-sabit yağıntılı hava şəraiti dekabrın 9-na kimi davam edəcək.
Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib.
Məlumata görə, dekabrın 9-u gündüz saatlarından başlayaraq hava şəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Qeyd edək ki, dekabrın 6-sı gündüzdən 7-si səhərədək hava şəraiti qeyri-sabit keçib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub.