“Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyün sonuna kimi davam edəcək”.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, bu müddət ərzində şimşək çaxacaq, fasilələrlə yağış yağacaq: “Bəzi yerlərdə isə intensiv xarakterli olacağı gözlənilir. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək”.