Azərbaycanda yanvarın 28-ə olan faktiki hava açıqlanıb.
FED,az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 28-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.
Qar örtüyünün hündürlüyü:
Laçında 50 sm, Qax, Şahbuzda 48 sm, Ordubadda 29 sm, Şəkidə 24 sm, Lerikdə 23 sm, Daşkəsəndə 22 sm, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız, Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı, Naxçıvan, Qubada 10 sm-dək olub.
Düşən yağıntının miqdarı:
Qaxda 23 mm, Zaqatalada 18 mm, Balakəndə 15 mm, Oğuzda 14 mm, Şəkidə 13 mm, Qəbələdə 10 mm, Neftçalada 9 mm, Ağsu, Mingəçevir, Göyçay, Şirvan, Yevlax, Şahdağ, Qobustan, Kürdəmir, İsmayıllı, Biləsuvar, Naftalan, Zərdab, Sabirabad, İmişli, Tərtər, Ağdam, Bərdə, Gəncə, Xaltan, Şəmkir, Ceyrançöl, Tovuz, Gədəbəy, Ordubad, Sədərək, Beyləqan, Göygöl, Göytəpə, Yardımlı, Cəfərxan, Lənkəran, Şabran, Şamaxı, Altıağac, Quba, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuzda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1-8 mm olub.
Dənizdə dalğanın hündürlüyü 2,6 metrdir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, arabir 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrdir.
Bəzi bölgələrdə duman var
Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.
Şaxta 8-19 dərəcəyə çatıb
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 19 dərəcəyədək şaxta olub.