“Qarabağın çaylarında ən müasir 13 avtomat hidroloji stansiyaların quraşdırılması planlaşdırılır”.
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Real TV”yə müsahibəsində deyib.
Eləcə də bax: "10-dan çox çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır"
O qeyd edib ki, stansiyalardan üçü Tərtər çayının üzərində yerləşəcək.
U.Tağıyevanın sözlərinə görə, bərpa işləri iqtisadiyyatın bütün sahələri üçün düzgün məlumatların lazımi formatda və müasir tələblərə cavab verəcək şəkildə çatdırmağa imkan yaradacaq. (Report)