Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 08-dən başlayaraq hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.
Yanvarın 8-i axşamdam 12-dək yolların buz bağlaması ehtimalı var.
Bir neçə gün davam edən nisbətən mülayim hava şəraitindən sonra yanvarın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.
Şimal-şərq küləyi 7-si axşamdan 9-u gündüzədək bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 2-6° şaxta, gündüz isə 2° şaxtadan 3°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta olacaq.
Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.