Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qəbələ rayonunun Nic qəsəbəsində, Oğuz rayonunun Tayıflı, Şəki rayonunun Baş Şabalıd, Qax rayonunun Şotavar, Göygöl rayonunun Zurnabad kəndlərində yerləşən vətəndaşların pay torpaqlarında və həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edən 18 kömür quyusu aşkar edilib.
Göygöldə qanunsuz kömür istehsal edən 3 ocaqxana və quyu aşkarlanıb - FOTOLAR
FED.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayon sakinləri Semyon və Rudik Quqaşovlar, Məhəmməd Alcanov, Mənaf Məmmədov, Oğuz rayon sakinləri Elgün Şükürov, Rafiq Sadıqov, Elmar Abduləzizov, Şəki rayon sakini Əli Hacıyev, Qax rayon sakinləri Yalçın Babayev, Nərman Şahmalıyev, Vüqar Musayev, Göygöl rayon sakinləri Abdulla Allahverdiyev, Kamil Mahmudov, Elnur Verdiyev, Yaşar Qasımov, Rafiq Hüseynov, Şahin Musayev və Rasim Əliyev olduğu müəyyən edilib.
Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub:
“Qeyd edək ki, münbit torpaqlarda quyuların qazılaraq kustar üsulla kömür hazırlanması ilk növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur”.
Xidmət rəsmisi qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, kömür hazırlanan kəndlərin ağsaqqallarını, icra nümayəndələrini isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirməyə və belə hallarla rastlaşdıqda Nazirliyin “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırıb.