Banner

Ekologiya

Oktyabrın ilk gününün havası  - AÇIQLANDI

Oktyabrın ilk gününün havası  - AÇIQLANDI | FED.az
22:59 30 Sen 2018

Oktyabrın 1-i üçün respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən FED.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20°, gündüz 24-28° isti, Bakıda gecə 19-20°, gündüz 25-27° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti, dağlarda gecə 7-12°, gündüz 16-21° isti təşkil edəcək.

Digər xəbərlər

Banner