Bakı Nəqliyyat Agentliyi paytaxtda sürücü və piyadalara xəbərdarlıq edib. FED.az-ın xəbərinə görə, xəbərdarlıqda deyilir:
"Hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edirik.
Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.
Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.
Nəqliyyat Agentliyindən - XƏBƏRDARLIQ
18:22
29 Noy 2018