“Şadlıq saraylarında atmosfer havalarının çirkləndirilməsinə qarşı qurulan filtrlər qənaətbəxş deyil”.
"Restoranlar qurğuların filtrlərini dəyişmirlər, havaya yenidən - TÜSTÜ YAYILIR" - XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, aparılan yoxlamalar zamanı Bakıda 49 böyük şadlıq sarayından 25-də filtrlərin işləmədiyi aşkarlanıb: “Gəncə və Sumqayıtda isə 100 şadlıq evindən 30-da həmin vəziyyətin olduğu müəyyən edilib və onlara müvafiq cərimələr təyin edilib. Məqsəd sahibkarları cərimələmək deyil. Onları qanunvericiliyin tələblərinə riayət etməyə təşviq etməkdir”. (Apa)