Ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti vəzifəsinə təyin edilmiş Muxtar Babayev Səudiyyə Ərəbistanına səfər edib.
"Ölkədə yaşıl iqtisadiyyata keçid üçün gömrük sahəsində islahatlar aparılıb"
FED.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, səfər çərçivəsində "KAUST" və "ACWAPower" şirkətlərinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirilib.
Tərəflər bərpa olunan texnologiyaya innovativ yanaşmaları, emissiyaların idarə edilməsi texnologiyaları, suyun duzsuzlaşdırılması və Azərbaycanın su qıtlığı probleminin həllində əldə etdiyi irəliləyişləri müzakirə ediblər.