Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi» ilə «Tam Xarici İnvestisiyalı Beta Firması» arasında bağlanan müqavilənin detalları məlum olub.
FED.az xəbər verir ki, ekoloji fəalların (ecofront səhifəsinin) aldə etdiyi sənədlərə əsasən, «Beta Tea» şirkətinə 15 illik verilmiş 42 hektar ərazi Haftoni Meşəbəyiliyinin 5ci kvartalının 2,3,4,5,6-cı bölmələridir.
İcarə haqqı isə hektarına illik 26 azn və ya 42 hektar üçün illik 1092AZN hesablanmışdır. Başqa sözlə, meşənin hər heytarı şirkətə ildə cəmi 26 manatdan icarəyə verilib.
Müqavilə meşəbərpa məqsədi ilə verilib, rəsmi aqçılamada vurğulanan çay plantasiyası açıqlaması isə müqavilənin şərtlərinə ziddir.
Maraqlıdır ki, müqavilə ölkə müharibə şəraitində olanda bağlanılıb – müqavilədə tarif 27 aktyabr göstərilib.